"Ecommerce Comunity Azerbaijan" qurucusu olan Orxan Əhmədov 13 mart tarixində İRİA təşkilatçılığı ilə keçirilən "STARTUP ECOSYSTEM SPRING MEETUP" tədbirində elektron ticarət sahəsində görülən işlər və planlardan danışıb.
FED.az xəbər verir ki, startap qurucusu Orxan Əhmədov Azərbaycanda elektron ticarətin inkişafı üçün akademiya yaradacaq.
O çıxışında bildiirb ki, "Əsas məqsədimiz elektron ticarət ilə məşğul olan bütün ekosistemi bir yerə toplamaqdır. Hal hazırda bizim 20-yə yaxın üzvümüz var və 1 aydır ki, fəaliyyətə başlamışıq. Üzvlərimiz arasında logistika şirkətləri, ödəniş sistemləri şirkətləri və beynəlxalq şirkətllər var. Biz bu üzvləri toplayırıq ki, elektron ticarət sahəsində inkişaf edək. Elektron ticarət ilə məşğul olmaq istəyən şəxslər üçün eCom Acadamey yardılacaq. Akadamiyada tam sıfırdan mağaza qurmağı öyrənənə qədər müxtəlif təlimlər keçiriləcək. İlkin mərhələdə Azərbaycan üzrə regionlarda daxil olmaqla 100-200 nəfər təlimlərə cəlb olunacaq. İkinci olaraq eCom X Incubation proqramı təşkil olunacaq. Bu startap deyil, proqram e ticarət layihələrini inkubasiyadan keçirəcək. Növbəti addımlardan biri isə startap xəbərlərini insanlara çatdırmaq üçün wecom.az saytının yaradılmasıdır. Bu saytda startaplar haqqında məlumatlar olacaq".