Azərbaycan startapları "Star Venture" proqramı çərçivəsində 50 min avroya qədər dəstək ala bilərlər.
Aslan Sultanov: "White Hill Capital" Azərbaycanda iki kateqoriya startapı maliyyələşdirəcək
FED.az xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Kiçik bizneslər üzrə baş meneceri Samir Həmidov "StrategEast: Dövlət və İT üzrə Avrasiya Forumu 2025" tədbirində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, "Star Venture" proqramı hazırda 26 bazarda fəaliyyət göstərir və bu günə qədər 750-dən çox startap ondan yararlanıb:
"Proqram çərçivəsində qəbul edilən startaplar Kembric Universitetinin ekspertləri tərəfindən hərtərəfli biznes diaqnostikasından keçirlər. Seçilmiş iştirakçılara təlim və məsləhət xidmətləri üçün 50 min avroya qədər limit təqdim olunur. Biz bu xidmətlərin 100 %-ini maliyyələşdiririk. Startaplar istədikləri yerli və ya beynəlxalq mentorları, məsləhətçiləri və təlimləri özləri seçə bilirlər".
S. Həmidov qeyd edib ki, "Star Venture" proqramının iştirakçıları dünya səviyyəli mentorlarla işləmək, beynəlxalq tədbirlərdə çıxış etmək və investorlarla əlaqələr qurmaq imkanı əldə edirlər:
"Bu günə qədər proqram çərçivəsində 600-dən çox məsləhət layihəsi həyata keçirilib. Portfelimizdəki startapların ümumi dəyəri təxminən 4 milyard avro, iştirakçıların cəlb etdiyi investisiyalar isə 157 milyon dollardan çoxdur". (Report)












