Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 4 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.
FED.az xəbər verir ki, KOBİA-nın yaydığı məlumatda bildirilir ki, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 36-yə çatıb.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi