“Startap” şəhadətnaməsi KOB subyektlərini innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edirKiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 2 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.
Daha 3 şirkətə “Startap” şəhadətnaməsi verildi - 3 İL MƏNFƏƏT VERGİSİ ÖDƏMƏYƏCƏKLƏR
FED.az xəbər verir ki, müvafiq sənədin verilməsi üzrə KOBİA-da yaradılmış Ekspertlər Şurasının növbəti iclasında 7 layihəyə baxılıb və onlardan 2-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub.
Ümumilikdə indiyədək KOBİA tərəfindən 215 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.