Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 7 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.
Eləcə də bax: Azərbaycanda daha 3 sahibkara Startap şəhadətnaməsi - VERİLİB
FED.az xəbər verir ki, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 49-a çatıb.
“Startap” şəhadətnaməsi "Glorri" MMC-nin işə götürmə prosesinin optimallaşdırılması üzrə onlayn HR platforması, "Mie Azerbaijan" MMC-nin “CLD” tədris texnologiyası əsasında təlim tədris xidmətləri, "Eduaz co." MMC-nin tələbə, təlimçi və şirkətlər üçün təhsil platforması, "Dronee Aero" MMC-nin “Simurq F” markası altında müxtəlif təyinatlı dronların istehsalı və satışı, "Alimok" MMC-nin uşaqların fərdi inkişaf və zehni biliklərini artırmaq üçün təhsil platforması, "Vvaverıty" MMC-nin neft-qaz sektorunda geoloji dataların emalı və vizualizasiyası üçün proqram təminatı və "Plast" MMC-nin tibb xidmətlərinin mobil tətbiq üzərindən sifarişi layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.