Müxtəlif ölkələrdən iştirak edən 150 komanda arasında yerli startaplarımız- “ABC Planet” və “Vriendly” startapları da iştirak etdi. Bir neçə mərhələdən keçən startaplar yaddaqalan nəticə ilə “Draper University”-nin keçirtdiyi onlayn proqramın məzunları oldu.
Həmtəsisçi və CEO Ülvi Həsənlinin simasında təmsil edilən “Vriendly” startapı (https://www.vriendly.co/) TOP 25 komanda siyahısına daxil oldu. Həmtəsisçi və CEO Cəmil İslamovun simasında təmsil olunan “ABC Planet” (https://abcplanet.org/) startapı isə TOP 3 ən güclü və perspektivli startap siyahısında yer alaraq “Draper University”-nin dəstəyi ilə investisiya almaq imkanını qazandı. Artıq ABŞ-ın bir neçə nüfuzlu
vençur fondu startaplara investisiya etmək üçün müraciət edib.
Qeyd edək ki, ABC Planet bu ilin may ayında İnnovasiyalar Agentliyinin nəznində fəaliyyət göstərən Barama Pre-akselerasiya proqramını bitirən 5 startapdan biridir. Daha sonra İnnovasiyalar Agentliyinin tərəfdaşı olan beynəlxalq “Scaleink” biznes akselerator platformasına onlayn formada qəbul oldunub. “Scaleink” (https://www.scaleink.com/) tərəfindən təqdim edilən mentor dəstəyi nəticəsində “Draper University”-nin proqramına qoşularaq ilk üçlükdə yer ala biliblər. Hazırda ABC Planet və “Vriendly” startapları “Scaleink” platformasında intensiv mentor dəstəyi almağa davam edirlər.