Azərbaycanda ən çox və ən az iş yerləri açılan rayon və şəhərlərin adları açıqlanıb.
Eləcə də bax: Azərbaycanda kreditlə ən çox yüklənən – RAYON VƏ ŞƏHƏRLƏR – SİYAHI
FED.az Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən xəbər evrir ki, 2020-ci ilin birinci rübündə respublikada cəmi 25 min 88 iş yeri açılıb.
Ən çox iş yeri yaradılmış şəhər Bakıdır. Belə ki, paytaxtda 4 ay ərzində 15 min 189 iş yeri açılıb. Bakıda açılan iş yerlərinin ən çoxu Yasamal rayonunda (3 467 iş yeri) qeydə alınıb.
Digər ikinci ən çox iş yeri yaradılmış Cəlilabad rayonudur. Rayonda 2020-ci ilin yanvar-aprel aylarında 2 337 iş yeri yaradılıb. İş yerləri açılan rayonlar siyahısında üçüncü yerdə Qobustan rayonu yer alıb. Qobustanda 808 yeni iş yeri açılıb.
2020-ci ilin 1-ci rübündə ən az iş yeri açılmış rayonlar isə Şabran, Kəngərli və Sədərək rayonlarıdır. Qeyd edək ki, Şabran və Kəngərli rayonunda 3 yeni iş yeri, Sədərək rayonunda 2 yeni iş yeri açılıb.