Qətərdən Azərbaycana pul köçürmələrində yüksək artım dinamikası müşahidə olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesabat dövründə Qətərdən 12 milyon 150 min dollar vəsait daxil olub. Bu göstərici ötən illə müqayisədə 40,7% və ya 3 milyon 513 min dollar çoxdur.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə bu rəqəm 8 milyon 637 min dollar təşkil edirdi.










