Qırğızıstandan ölkəmizə daxil olan vəsaitlərin həcmində artım qeydə alınıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesabat dövründə Qırğızıstandan 3 milyon 504 min dollar vəsait göndərilib. Bu rəqəm ötən illə müqayisədə 49,6% və ya 1 milyon 162 min dollar çoxdur.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə bu göstərici 2 milyon 342 min dollar təşkil edirdi.










