2022-ci ildə Gəncə şəhərində təqribən 700 nəfər iş yerini itirib.
FED.az bu barədə Gəncə Şəhər Statistika İdarəsinin rəqəmilərinə əsasən xəbər verir.
Azərbaycanın 2-ci ən böyük şəhərində – MAAŞLAR AÇIQLANIB - MƏBLƏĞLƏR
İdarənin məlumatına görə, Gəncədə muzdla (yəni rəsmi əmək müqaviləsi ilə) çalışan işçilərin sayı 2022-ci ilin yanvar-noyabr aylarında 45 721 nəfər olub. Bunların 28 840 nəfəri, yəni 62,3%-i dövlət sektorunda, 17 241 nəfəri, yəni 37,7 faizi isə qeyri-dövlət sektorunda işləyir. Başqa sözlə, Gəncədə işləyən hər 3 nəfərdən 2-si dövlət işçisidir.
Ölkənin əksər regionlarına xas olan bu mütənasiblik özəl sektorun lazımınca inkişaf etməməsinin və geniş sayda iş yeri təqdim edə bilməməsinin göstəricisidir.
Rəsmi məlumatlardan aydın olur ki, 2022-ci ildə Gəncədə iş yerlərinin sayı nəinki artmayıb, əksinə azalıb. Belə ki, 2022-ci ilin əvvəlinə şəhərdə işləyənlərin sayı 46 385 nəfər olub. Bunun 28 524 nəfəri dövlət sektoru, 17861 nəfər isə özəl setorda çalışıb.
Başqa sözlə, 2022-ci ilin sonuna Gəncədə işləyənlərin ümumi sayı 664 nəfər azalıb.
Bu dövrdə Gəncədə dövlət sektorunda işləyənlərin sayı 44 nəfər, özəl sektorda çalışanların say isə 620 nəfər azalıb.