Bu ilin yanvar-sentyabr aylarında magistral neft kəmərlərindəki itkilər 3,8 min ton təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 min ton və ya 8,6% çoxdur.
Ötən il bu göstərici 3,5 min ton olmuşdu.










