Bu ilin yanvar-sentyabr aylarında magistral neft kəmərləri ilə 27 milyon 592,8 min ton neft daşınıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 267 min ton və ya 4,4% azdır.
Ötən il bu göstərici 28 milyon 859,8 min ton olmuşdu.
Əsas daşıyıcı olan Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə 20 milyon 569,1 min ton neft nəql edilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 112,6 min ton və ya 5,1% azdır.
Ötən il BTC ilə 21 milyon 681,7 min ton neft daşınmışdı.
Bu kəmər üzrə yük dövriyyəsi isə 36 milyard 407 milyon ton-km təşkil edib ki, bu da illik müqayisədə 1 milyard 970 milyon ton-km (5,1%) azalmadır. Ötən il dövriyyə 38 milyard 377,0 milyon ton-km idi.
Dübəndi-Sumqayıt-Siyəzən-Şirvanovka kəməri ilə 2 milyon 177,5 min ton neft daşınıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 207,8 min ton və ya 10,5% çoxdur.
Ötən il bu göstərici 1 milyon 969,7 min ton olmuşdu.
Kəmər üzrə yük dövriyyəsi 344,7 milyon ton-km olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,7 milyon ton-km (12,6%) çoxdur. Ötən il dövriyyə 306,0 milyon ton-km idi.
Dübəndi xətti ilə 3 milyon 140,3 min ton neft nəql edilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 491,8 min ton və ya 13,5% azdır.
Ötən il bu göstərici 3 milyon 632,1 min ton olmuşdu.
Bu xətt üzrə yük dövriyyəsi 201,4 milyon ton-km təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,6 milyon ton-km (11,7%) azdır. Ötən il dövriyyə 228,0 milyon ton-km idi.
Qaradağ xətti ilə 1 milyon 163,4 min ton neft daşınıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 103,7 min ton və ya 9,8% çoxdur.
Ötən il bu göstərici 1 milyon 059,7 min ton olmuşdu.
Yük dövriyyəsi isə 88,7 milyon ton-km təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 milyon ton-km (3,6%) çoxdur. Ötən il dövriyyə 85,6 milyon ton-km idi.
Abşeron neft kəməri ilə 542,5 min ton neft nəql olunub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,9 min ton və ya 5% çoxdur.
Ötən il bu göstərici 516,6 min ton olmuşdu.
Kəmər üzrə yük dövriyyəsi 7,8 milyon ton-km olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 milyon ton-km (13,3%) azdır. Ötən il dövriyyə 9 milyon ton-km idi.
Ümumilikdə, hesabat dövründə neft kəmərləri ilə yük dövriyyəsi 37 milyard 049,6 milyon ton-km təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 956 milyon ton-km və ya 5% azdır.
Ötən il bu göstərici 39 milyard 005,6 milyon ton-km olmuşdu.
Bu dövrdə yük daşınmasından əldə olunan gəlir 764 milyon 511,5 min manat təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28 milyon 807,5 min manat və ya 3,6% azdır.
Ötən il bu göstərici 793 milyon 319 min manat olmuşdu.










