Azərbaycanda milli valyutada verilən kreditlərin faiz dərəcələrinin ən yüksək olduğu iqtisadi rayonlar məlum olub.
FED.az xəbər verir ki, ümumi portfel, eləcə də qısamüddətli və uzunmüddətli kreditlər üzrə faizlər bəzi regionlarda yüksək həddədir.
Cəmi (Ümumi portfel) üzrə ən yüksək faizlər:
Renkinqə Şirvan-Salyan iqtisadi rayonu başçılıq edir – 20,07% (452 691 min manat).
İkinci yerdə Dağlıq Şirvan iqtisadi rayonu qərarlaşıb – 20,00% (204 915 min manat).
Qarabağ iqtisadi rayonu 19,78% (522 231 min manat) göstərici ilə üçüncü sırada yer alıb. Mərkəzi Aran iqtisadi rayonunda faiz dərəcəsi 19,76% (590 426 min manat) olub.
İlk beşliyi Lənkəran-Astara iqtisadi rayonu (19,68% və ya 703 433 min manat) tamamlayır.
Qısamüddətli kreditlər üzrə:
Lider Dağlıq Şirvan iqtisadi rayonudur – 21,27% (6 800 min manat).
Qazax-Tovuz iqtisadi rayonu 20,46% (24 574 min manat) ilə ikinci olub.
Şirvan-Salyan iqtisadi rayonu 20,16% (12 299 min manat) üçüncü yerdə qərarlaşıb. Mərkəzi Aran iqtisadi rayonu 19,82% (22 820 min manat) göstərici ilə dördüncüdür.
Beşliyi Lənkəran-Astara iqtisadi rayonu (19,70% və ya 29 052 min manat) tamamlayır.
Uzunmüddətli kreditlər üzrə:
Burada lider Şərqi Zəngəzur iqtisadi rayonudur – 21,66% (9 704 min manat).
Şirvan-Salyan iqtisadi rayonu 20,07% (440 392 min manat) ilə ikinci sırada yer alıb.
Dağlıq Şirvan iqtisadi rayonu 19,96% (198 116 min manat) göstərici ilə üçüncü olub. Mil-Muğan iqtisadi rayonunda faiz 19,93% (310 309 min manat) təşkil edib.
Siyahını Qarabağ iqtisadi rayonu (19,82% və ya 494 054 min manat) tamamlayır.










