Regionlar üzrə kredit portfelinin həcminə görə lider iqtisadi rayonlar açıqlanıb.
FED.az xəbər verir ki, kredit qoyuluşunun əsas hissəsi paytaxtın payına düşür.
Renkinqə Bakı iqtisadi rayonu başçılıq edir. Region üzrə kredit qoyuluşu 22 milyon 290 min 671 min manat (12,72%) təşkil edib.
İkinci yerdə Abşeron-Xızı iqtisadi rayonu qərarlaşıb – burada həcm 1 milyon 190 min 827 min manat (16,58%) olub.
Gəncə-Daşkəsən iqtisadi rayonu 882 529 min manat (17,80%) göstərici ilə üçüncü sırada yer alıb. Lənkəran-Astara iqtisadi rayonunda isə bu rəqəm 704 111 min manat (19,67%) olub və dördüncü olub.
Siyahının ilk beşliyini Şəki-Zaqatala iqtisadi rayonu (610 103 min manat və ya 17,32%) tamamlayır.










