Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov sahibkarlara müraciət edib.
ELƏCƏ DƏ BAX: Kürdəmirdə istixana dəbi - RUSİYAYA SATIRLAR
FED.az-ın məlumatına görə, Tovuz rayonunda 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Şura iclasında məruzə ilə çıxış edən M. Məmmədov deyib ki, son illər rayonda fermerlər üzümçülüyün dirçəldilməsinə maraq göstərirlər.
İcra başçısı nəzərə çatdırıb ki, hazırda üzüm bağlarının ümumi sahəsi 725 hektara çatdırılıb. Bu il rayonda 7 min 375 ton məhsul istehsal olunub: “Bu ötən illə müqayisədə 1094 ton çoxdur. Məhsul yığımı davam edir. Cari ildə 5 hektar sahədə yeni üzüm bağları salınıb. Üzümçülüyün inkişafı özü ilə bərabər emal sənayesinin yaradılması zərurətini də ortaya qoyur. Bizdə müasir texnologiya əsasında mini şərab zavodlarının qurulmasına ehtiyac var. Bunun üçün sahibkarlara müraciət edir və onlara lazımi dəstəyimizi təklif edirik”.
İcra başçısından sahibkarlara – TƏKLİF
20:47
5 Noy 2018