FED.az TENDER xəbər verir ki, rayonda ötən il 17 tender keçirilib. Bu tenderlərin ümumi məbləği 3 mln 404 min 361 manat olub.
Ən yüksək məbləğdə müqavilə Goranboy Subartezian Quyularının İstismarı İdarəsi ilə “Hidro-M” MMC arasında imzalanan müqavilə olub. Bu iki müqavilənin ümumi dəyəri 370 min manat təşkil edib.
Eləcə də bax: Kürdəmirdə dövlət tenderlərini kim udur? – ADLAR, MƏBLƏĞLƏR
Sayca ən çox müqavilə “Tender Çempionu” “İnpeks.N” MMC ilə Goranboy Rayon Mərkəzi Xəstəxanası ilə imzalanan 7 müqavilədir. Bu müqavilələrin ümumi məbləği 225,4 min manatdır. Müqavilələrin predmeti inventarların, avadanlıqların alınması, təmir işləri olub.
Ən az məbləğdə müqavilə Goranboy Rayon İcra Hakimiyyəti və fərdi şəxs olan Paşayev Elçin İlqar oğlu arasında bağlanan 6,8 min manatlıq müqavilə olub. Müqavilənin predmeti bərk inventarların alınması təşkil edib.
Satınalan təşkilatın adı | Malgöndərən təşkilatın adı(podratçı) | Müqavilənin predmeti | Məbləğ |
Goranboy Rayon Polis Şöbəsi | Akon-E MMC | Dəftərxana və təsərrüfat malları | 35 000 |
Goranboy Rayon İcra Hakimiyyəti | Diadem MMC | 40 mənzilli yaşayış bnasının tikintisi işləri | 2 495 000 |
Goranboy Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya | Alov Mühafizə MMC 7 saylı filialı | Mühafizə xidməti | 29 040 |
Goranboy Rayon İcra Hakimiyyəti Sarov kənd İƏD üzrə İcra Nümayəndəliyi | Elgün-G-88 MMC | Sarov kənd körpələr evi-uşaq bağçasının təmiri işləri | 18 350 |
Goranboy Rayon İcra Hakimiyyəti | F/Ş: Paşayev Elçin İlqar oğlu | Bərk inventarlar | 6 790 |
Goranboy Rayon Mərkəzi Xəstəxanası | İnpeks.N MMC | Cari təmir işləri | 14 814 |
Goranboy Rayon Mərkəzi Xəstəxanası | İnpeks.N MMC | Digər maşın və avadanlıqlar | 39 248 |
Goranboy Rayon Mərkəzi Xəstəxanası | İnpeks.N MMC | Avadanlıq | 34 738 |
Goranboy Rayon Mərkəzi Xəstəxanası | İnpeks.N MMC | Bərk inventarlar | 44 731 |
Goranboy Rayon Mərkəzi Xəstəxanası | İnpeks.N MMC | Yumşaq inventarlar | 29 686 |
Goranboy Rayon Mərkəzi Xəstəxanası | İnpeks.N MMC | İdarənin digər xərcləri üzrə | 9 789 |
Goranboy Rayon Mərkəzi Xəstəxanası | İnpeks.N MMC | Əsaslı təmir işləri | 52 412 |
Goranboy Rayon İcra Hakimiyyəti Dəliməmmədli şəhər İƏD üzrə İcra Nümayəndəliyi | Turab T.T.A MMC | Kommunal yaşayış binalarının təmiri işləri | 108 146 |
Goranboy Rayon İcra Hakimiyyəti | Goranboy Abadlıq MMC | Goranboy şəhərində abadlıq quruculuq işləri | 90 217 |
Goranboy Subartezian Quyularının İstismarı İdarəsi | Hidro-M MMC | Nəqliyyat vasitələrinin cari təmiri üçün ehtiyat hissələri | 141 420 |
Goranboy Subartezian Quyularının İstismarı İdarəsi | Hidro-M MMC | Subartezian quyularının və nasos stansiyaların mexaniki elektrik avadanlıqlarının cari təmiri üçün mal materiallar və ehtiyat hissələri | 228 580 |
Goranboy şəhər R.Ağakişiyev adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya | Alov Mühafizə MMC Mingəçevir filialı | Mühafizə xidməti | 26 400 |