2023-cü ilin yanvar-dekabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1515,9 milyon manatlıq, o cümlədən 749122,8 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 766752,5 min manatlıq qeyri-ərzaq malları satılıb.
FED.az bu barədə Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
2022-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,6 faiz artmış qeyri-ərzaq malları üzrə isə 8,9 faiz azalıb.
2023-cü ilin yanvar-dekabr aylarında istehlak mallarının dəyər ifadəsində 21,45 faizi ticarət müəssisələri, 63,04 faizi fərdi sahibkarlar tərəfindən,15,51 faizi isə bazar və yarmarkalarda satılıb.
2022-ci ilin yanvar–dekabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,5 faiz, fərdi sahibkarlar üzrə 8,3 faiz, artmış bazar və yarmarkalarda isə 4,8 faiz azalıb.