Banner

Regionlar

Ən çox hansı regionların  əhalisi banka pul qoyur – SİYAHI, MƏBLƏĞLƏR

Ən çox hansı regionların  əhalisi banka pul qoyur – SİYAHI, MƏBLƏĞLƏR | FED.az
13:03 11 Dek 2018
Ölkə  üzrə cəmi əmanətlər 2018-ci ilin 10 ayında 8 mlrd 140 mln  41 min manat olub.

FED.az Mərkəzi Bankın (MB) açıqladığı məlumata əsasən xəbər verir ki, ölkə üzrə yerləşdirilən 8 mlrd 140 mln 41 min manatın orta faiz dərəcəsi 3,9% təşkil edib.Bundan əlavə bu məbləğin 2 mlrd 968 mln 142 mini (36,46%) orta faiz dərəcəsi 7,2% olmaqla milli valyutada, qalan 5 mlrd 171 mln 899 min manatı (63,54%) orta faiz dərəcəsi 2% olmaqla xarici valyutada yerləşdirilib.


Eləcə də bax: Xaricilərin Azərbaycan banklarında əmanətləri 13% artıb

İqtisadi rayonlar üzrə baxsaq ən çox əmanət yerləşdirlməsi Bakı şəhəri üzrə olub. Bakı şəhəri üzrə yerləşdirilən əmanətlərin məbləği 7 mlrd 486 mln 63 min manat və orta faiz dərəcəsi 3,8% təşkil edib. Bakı şəhəri üzrə yerləşdirilən əmanətlərin ümumi məbləğdə payı 91,97% təşkil edir.
Bundan əlavə Bakı şəhəri üzrə yerləşdirilən əmanətlərin 69,08%-i xarici valyutada yerləşdirilib. Digər iqtisadi rayonlarda bunun əksi olaraq əmanətlərin böyük bir hissəsi milli valyutada yerləşdirilib.


Eləcə də bax: 192 min iş yeri hansı rayonlarda açılıb? - MƏLUM OLDU - RƏQƏMLƏR, SİYAHI

İqtisadi rayonlar üzrə ən az əmanət yerləşdirən rayon Yuxarı Qarabağ (11 347,3) olub. Əgər işğal altında olan iqtisadi rayonu nəzərə almasaq bu zaman əhalisi ən az əmanət yerləşdirən iqtisadi rayon Dağlıq Şirvan (15 745,7) olub.
Orta faiz dərəcəsi ən aşağı olan iqtisadi rayon Yuxarı Qarabağ iqtisadi rayonunu nəzərə almasaq Şəki-Zaqatala (3,4) iqtisadi rayonu olub. Ən yüksək orta faiz dərəcəsi Abşeron (6,0%) iqtisadi rayonunda olub.

Digər iqtisadi rayonlar üzrə isə göstərici aşağdakı kimi olub:

 
İqtisadi Rayonlar Cəm (min manat) Orta % dərəcəsi Milli valyuta Xarici valyuta
Bakı şəhəri 7 486 063,3 3,8 2 968 142,3 5 171 899,2
Abşeron 186 310,1 6,0 123 963,3 62 346,8
Gəncə-Qazax 138 226,9 5,4 104 391,8 33 835,1
Aran 123 082,8 3,8 104 611,4 18 471,4
Quba-Xaçmaz 50 571,8 6,2 40 752,6 9 819,2
Lənkəran 49 861 5,6 41 718,8 8 142,2
Şəki-Zaqatala 41 128 3,4 33 208,4 7 919,6
Naxçıvan 37 704,6 1,8 25 158,6 12 546
Dağlıq Şirvan 15 745,7 5,0 12 217,8 3 527,9
Yuxarı Qarabağ 11 347,3 3,2 10 805,8 12 546
 
 

Digər xəbərlər

Banner