Azərbaycan Mərkəzi Bank (AMB) xarici vətəndaşların Azərbaycan banklarındakı əmanətlərinin məbləğini açıqlayıb.
FED.az AMB-a istinadən xəbər verir ki, 2018-ci ilin oktyabrın sonuna xarici vətəndaşların banklardakı əmanətlərinin məbləği ilin əvvəlinə nəzərən 13,37% artaraq 844,6 mln manat olub. Xaricilərin bizim banklardakı əmanətlərinin 90%-i xarici valyutadadır.
Eləcə də bax: İstehlak kreditləri son 1 il yarımda - ƏN YÜKSƏK HƏDDƏ
Manatla yerləşdirilən əmanətlər ilin əvvəlinə nəzərən 40,38% artaraq 86,9 mln manat, xarici valyutaya qoyulan hissəsi isə 10,82% artaraq 757 mln manat təşkil edib.
Xatırladaq ki, sentyabrın sonunda, yəni bir ay əvvəl xarici vətəndaşların əmanəti 835,7 mln manat olub və bu məbləğin 136,2 mln manatı milli valyutaya, 699,5 mln manatı isə xarici valyutaya qoyulub.
Başqa sözlə, bu ilin oktyabrında əmanətlərin məbləği keçən aya nəzərən 1,06% artıb. Burada bir məqamı da bildirmək lazımdır ki, 2018-ci ilin oktyabr ayında manatla əmanətlər sentyabr ayına nəzərən 49,3 mln manat və ya 36,20% azalıb, xarici valyutaya qoyulan əmanətlər isə əksinə 57,5 mln manat və ya 8,22% artıb.