Ölkə üzrə kredit portfelinin ən az olduğu iqtisadi rayonlar da müəyyənləşib.
FED.az xəbər verir ki, hesabat dövründə ən aşağı göstərici Şərqi Zəngəzurda qeydə alınıb.
Siyahıda Şərqi Zəngəzur iqtisadi rayonu 23 076 min manat (14,30%) göstərici ilə ən sonuncu yerdədir.
Dağlıq Şirvan iqtisadi rayonunda kredit həcmi 205 917 min manat (19,94%) təşkil edib.
Mil-Muğan iqtisadi rayonu 341 474 min manat (19,65%) göstərici ilə növbəti sırada qərarlaşıb. Şirvan-Salyan iqtisadi rayonunda isə bu rəqəm 467 976 min manat (19,65%) olub.
Ən az kredit verilən rayonların beşliyini Naxçıvan iqtisadi rayonu (493 546 min manat və ya 15,23%) tamamlayır.










