Regionlar üzrə əmanətlərin ən aşağı faizlə qəbul edildiyi iqtisadi rayonlar məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Siyahıya Mil-Muğan iqtisadi rayonu başçılıq edir. Burada orta faiz dərəcəsi 4,46% (51 milyon 940 min manat) təşkil edir.
İkinci yerdə Bakı iqtisadi rayonu qərarlaşıb – burada əmanətlər 4,95% (14 milyard 778 milyon 450 min manat) dərəcəsi ilə cəlb olunur.
Şirvan-Salyan iqtisadi rayonu 5,33% (78 milyon 889 min manat) göstərici ilə üçüncü sırada yer alıb. Naxçıvan iqtisadi rayonunda isə bu rəqəm 5,36% (84 milyon 916 min manat) olub və dördüncü olub.
Siyahının beşinci pilləsində Şərqi Zəngəzur iqtisadi rayonu (5,38% və ya 842 min manat) qərarlaşıb.
Altıncı yerdə Şəki-Zaqatala iqtisadi rayonu gəlir ki, burada orta faiz dərəcəsi 5,63% (151 milyon 709 min manat) təşkil edir. Siyahının yeddinci pilləsini isə Qarabağ iqtisadi rayonu (5,83% və ya 100 milyon 701 min manat) tamamlayır.










