Azərbaycanın regionları üzrə banklara yatırılan əmanətlərin gəlirlilik (faiz) dərəcələri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bəzi regionlarda əmanət faizləri paytaxtla müqayisədə xeyli yüksəkdir.
Renkinqə Abşeron-Xızı iqtisadi rayonu başçılıq edir. Bu regionda cəlb olunmuş əmanətlər üzrə orta faiz dərəcəsi 6,92% (613 milyon 911 min manat) təşkil edir.
İkinci yerdə Gəncə-Daşkəsən iqtisadi rayonu qərarlaşıb – burada göstərici 6,87% (268 milyon 079 min manat) olub.
Qazax-Tovuz iqtisadi rayonu 6,60% (134 milyon 800 min manat) ilə üçüncü sırada yer alıb. Lənkəran-Astara iqtisadi rayonunda da faiz dərəcəsi 6,46% (145 milyon 775 min manat) olub və dördüncü olub.
Siyahının beşinci pilləsində Quba-Xaçmaz iqtisadi rayonu (6,32% və ya 166 milyon 313 min manat) qərarlaşıb.
Altıncı yerdə Mərkəzi Aran iqtisadi rayonu gəlir ki, burada orta faiz dərəcəsi 6,28% (144 milyon 945 min manat) təşkil edir. Siyahının yeddinci pilləsini isə Dağlıq Şirvan iqtisadi rayonu (6,17% və ya 51 milyon 141 min manat) tamamlayır.










