Əmanət portfelinin ən az olduğu iqtisadi rayonlar da məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Mərkəzi Banka istinadən xəbər verir ki, ən az əmanət portfeli işğaldan azad edilmiş və yenidən qurulan Şərqi Zəngəzurda qeydə alınıb.
Siyahıya Şərqi Zəngəzur iqtisadi rayonu başçılıq edir (ən az həcm). Burada əmanət həcmi 842 min manat təşkil edir (orta faiz dərəcəsi 5,38%).
İkinci yerdə Dağlıq Şirvan iqtisadi rayonu qərarlaşıb – 51 milyon 141 min manat. Burada əmanətlər 6,17% dərəcəsi ilə cəlb olunur.
Mil-Muğan iqtisadi rayonu 51 milyon 940 min manat (4,46% dərəcəsi ilə) göstərici ilə üçüncü sırada yer alıb. Şirvan-Salyan iqtisadi rayonunda isə bu rəqəm 78 milyon 889 min manat (5,33% dərəcəsi ilə) olub.
Siyahının beşinci pilləsində Naxçıvan iqtisadi rayonu (84 milyon 916 min manat və ya 5,36% dərəcəsi ilə) qərarlaşıb.
Altıncı yerdə Qarabağ iqtisadi rayonu gəlir – 100 milyon 701 min manat (faiz dərəcəsi 5,83%). Siyahının yeddincisi isə Qazax-Tovuz iqtisadi rayonu (134 milyon 800 min manat və ya 6,60% dərəcəsi ilə) olub.










