İqtisadi rayonlar üzrə cəlb olunmuş əmanətlərin həcminə görə liderlər müəyyənləşib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, əmanət portfelinin mütləq əksəriyyəti Bakının payına düşür.
Renkinqə Bakı iqtisadi rayonu başçılıq edir – 14 milyard 778 milyon 450 min min manat. Burada əmanətlər üzrə 4,95% olub.
İkinci yerdə Abşeron-Xızı iqtisadi rayonu qərarlaşıb – 613 milyon 911 min min manat ( orta faiz dərcəsi 6,92%).
Gəncə-Daşkəsən iqtisadi rayonu 268 milyon 79 min min manat (6,87% dərəcəsi ilə) həcmlə üçüncü sırada yer alıb. Quba-Xaçmaz iqtisadi rayonunda məbləğ 166 milyon 313 min min manat (6,32% dərəcəsi ilə) olub.
Siyahının ilk beşliyini Şəki-Zaqatala iqtisadi rayonu (151 milyon 709 min min manat və ya 5,63% dərəcəsi ilə) tamamlayır.
Altıncı yerdə Lənkəran-Astara iqtisadi rayonu gəlir – 145 milyon 775 min manat (faiz dərəcəsi 6,46%). Siyahının yeddinci pilləsini isə Mərkəzi Aran iqtisadi rayonu (144 milyon 945 min manat və ya 6,28% dərəcəsi ilə) tamamlayır.










