Azərbaycanın iqtisadi rayonları üzrə bankomatların sayı məlum olub.
FED.az AMB-yə istinadən xəbər verir ki, Bakı iqtisadi rayonu 1,859 bankomatla digər regionları xeyli geridə qoyur.
Reytinqin yuxarı pillələrində Bakıdan sonra 242 bankomatla Abşeron-Xızı iqtisadi rayonu və 178 bankomatla Gəncə-Daşkəsən iqtisadi rayonu yer alır.
Mərkəzi Aran, Şəki-Zaqatala, Qazax-Tovuz, Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonlarında da bankomatların sayı nisbətən yüksəkdir (128-149 arası).
Ən az bankomat sayına malik region isə cəmi 15 bankomatla Şərqi Zəngəzur iqtisadi rayonudur. Daha 3 iqtisadi rayonda bankomat sayı 100-dən aşağıdır. Bura Dağlıq Şirvan iqtisadi rayonu (59 ədəd), Mil-Muğan iqtisadi rayonu (87 ədəd) və Naxçıvan iqtisadi rayonu (98 ədəd) daxildir.
Sıra |
Regionun adı |
Bankomatların sayı |
1 |
Bakı iqtisadi rayonu |
1,859 |
2 |
Abşeron-Xızı iqtisadi rayonu |
242 |
3 |
Gəncə-Daşkəsən iqtisadi rayonu |
178 |
4 |
Mərkəzi Aran iqtisadi rayonu |
149 |
5 |
Şəki-Zaqatala iqtisadi rayonu |
148 |
6 |
Qazax-Tovuz iqtisadi rayonu |
139 |
7 |
Qarabağ iqtisadi rayonu |
128 |
8 |
Quba-Xaçmaz iqtisadi rayonu |
128 |
9 |
Lənkəran-Astara iqtisadi rayonu |
120 |
10 |
Şirvan-Salyan iqtisadi rayonu |
115 |
11 |
Naxçıvan iqtisadi rayonu |
98 |
12 |
Mil-Muğan iqtisadi rayonu |
87 |
13 |
Dağlıq Şirvan iqtisadi rayonu |
59 |
14 |
Şərqi Zəngəzur iqtisadi rayonu |
15 |