2025-ci ilin sentyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən özünəxidmət terminallarının ümumi sayı 2 min 93 ədəd təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Özünəxidmət terminallarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 47 ədəd, yəni 2,3%, ötən ilin sonuna nəzərən isə 16 ədəd, yəni 0,8% artıb. Aylıq müqayisədə isə terminalların sayında 15 ədəd, yəni 0,7% azalma qeydə alınıb.
Terminalların 1 min 45 ədədi Bakı şəhərinin payına düşür. Bu, illik müqayisədə 10 ədəd, yəni 1,0%, ötən ilin sonuna nəzərən isə 1 ədəd, yəni 0,1% artım deməkdir. Son bir ayda isə paytaxtda terminalların sayı 10 ədəd, yəni 0,9% azalıb.
Regionlarda isə 1 min 48 ədəd özünəxidmət terminalı fəaliyyət göstərir. Bu, illik müqayisədə 37 ədəd, yəni 3,7%, ötən ilin sonuna nəzərən 15 ədəd, yəni 1,5% artım göstərsə də, son bir ayda 5 ədəd, yəni 0,5% azalıb.
Xatırladaq ki, cəmi özünəxidmət terminallarının sayı bu ilin avqustun 1-nə 2 min 108 ədəd, ötən ilin sonunda 2 min 77 ədəd, 2024-cü ilin sentyabrın 1-nə isə 2 min 46 ədəd təşkil edib.