Azərbaycanda ölkə üzrə adambaşına kredit borcu 1 min 290,9 manat təşkil edir.
FED.az xəbər verir ki, iqtisadi rayonlar üzrə adambaşına ən çox borcu olan bölgə paytax Bakıdır. Burada adambaşına düşən kreditin orta məbləği 4 645,4 manatdır. Abşeron İqtisadi Rayonunda bu məbləğ 879,9 manat, Gəncə-Qazax İR-də isə 376,2 manat təşkil edir.
Ən az borclanmış iqtisadi rayonlar isə Yuxarı Qarabağ (72,6 manat) və Dağlıq Şirvan (191,1 manat) iqtisadi rayonlarıdır.
Bakı şəhərini nəzərə almasaq qalan iqtisadi rayonlarda hər adambaşına düşən kredit borclarının orta məbləği 280 manat təşkil edir. Bu da Bakının göstəricisindən 16,6 dəfə azdır.
Eləcə də bax: Azərbaycanda bank kreditlərinin 82%-i Bakıda verilir - RƏQƏMLƏR
Qeyd edək ki,
Abşeron iqtisadi rayonu
Bakı, Sumqayıt şəhərləri, Abşeron və Xızı
Quba-Xaçnıaz iqtisadi rayonu
Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz
Şəki-Zaqatala iqtisadi rayonu
Balakən, Qax, Qəbələ, Zaqatala, Oğuz, Şəki
Dağlıq Şirvan iqtisadi rayonu
Şamaxı, İsmayıllı, Ağsu və Qobustan
Gəncə-Qazax iqtisadi rayonu
Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Samux, Göygöl, Tovuz və Şəmkir, Gəncə və Naftalan şəhərləri
Kəlbəcər-Laçın iqtisadi rayonu
Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı
Yuxarı Qarabağ iqtisadi rayonu.
Ağdam, Tərtər, Xocalı, Xocavənd, Füzuli, Cəbrayıl, Şuşa
Aran iqtisadi rayonu
Ağdaş, Ağcabədi, Beyləqan, Biləsuvar, Bərdə, Zərdab, İmişli, Yevlax, Kürdəmir, Göyçay, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar və Hacıqabul, Mingəçevir, Şirvan və Yevlax şəhərləri
Lənkəran-Astara iqtisadi rayonu
Astara, Yardımlı, Lerik, Lənkəran, Masallı, Cəlilabad, Lənkəran şəhəri
Naxçıvan iqtisadi rayonu
Babək, Ordubad, Sədərək, Şahbuz, Kəngərli, Culfa və Şərur, Naxçıvan rayonlarını əhatə edir.