Azərbaycanda ən çox işçi olan rayonlar və şəhərlər açıqlanıb.
FED.az Dövlət Statistika Komitəsinə xəbər verir ki, ölkədə əmək müqaviləsi ilə çalışan 1,7 milyon nəfərdən yarıdan çoxu – 891 min nəfəri Bakı şəhərində işləyir.
Azərbaycanda ən varlı və ən kasıb rayonlar – MAAŞLAR, MƏBLƏĞ – SİYAHI (30.09.2022)
Bakıdan sonra işçi sayına görə sonrakı yerləri Naxçıvan və Sumqayıt şəhərləri tutur- 59 min və 57 min nəfər. Gəncə şəhərində 46 min nəfər, Abşeronda isə 35 min nəfərə yaxın insan rəsmi çalışır. Lənkəran və Şəki rayonlarını (21-22 min nəfər) çıxmaqla, qalan bütün rayonlarda rəsmi işləyənlərin sayı 20 min nəfərdən azdır.
Ölkədə ən azişçi olan rayonlar işğaldan azad edilən ərazilərdir, bununla yanaşı, bəzi digər rayonlarda da işləyənlərin sayı olduqca azdır.
Belə ki, Xızı rayonunda 2,4 min nəfər, Naftalanda 2,9 min nəfər, Qobustanda 3 min nəfər işləyən adam var. Daşkəsən, Yardımlı, Oğuz və Lerikdə işləyənlərin sayı 4,5-5 min nəfər arasındadır.