2024-cü ilin yekunlarına əsasən, Azərbaycanda əhalinin ən az elektrik enerjisi istifadə etdiyi şəhər və rayonlar məlum olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ölkədə əhalinin ən az enerji istifadə etdiyi rayon daşkəsən və Naftalandır (işğaldan azad edilmiş və məskunlaşmanın yeni başladığı ərazilər nəzərə alınmasa). Bu rayonların hər birində 2024-cü ildə cəmi 4,3 milyon kVt-st enerji sərf edilib.
Qobustan rayonunda (12,6 milyon kVt-st) də istehlak həcmi 13 milyon kVt-st-dan az olub.
Lerik rayonu 13,5 milyon kVt-st ilə 3-cü pillədə yer alır.
Yardımlı rayonunda enerjidən istifadə 14,2 milyon kVt-st təşkil edib.
Oğuz rayonunda isə bu göstərici 15,4 milyon kVt-st-a bərabər olub.