2024-cü ildə Azərbaycanda əhali tərəfindən elektrik enerjisi istehlakında ümumi artım olsa da, bəzi rayonlarda əksinə, azalma müşahidə edilib.
FED.az biznes və iqtisadiyyat xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, illik müqayisədə elektrik enerjisi istehlakında ən kəskin azalma (işğaldan azad olunmuş rayonlar nəzərə alınmadan) Daşkəsən rayonunda baş verib. Ötən il Daşkəsəndə əhali tərəfindən enerji istehlakı 7,4 milyon kVt-saatdan 4,3 milyon kVt-saata düşüb və il ərzində 3,1 milyon kVt·saat və ya 41,9% azalıb.
Zərdab rayonunda əhali enerjiyə 2,7 milyon kVt-saat və ya 10,7% qənaət edib və 2024-cü ildə 22,5 milyon kVt-saatlıq enerji istifadə edib.
Xızı rayonunda istehlak 6,5 milyon kVt-saat təşkil edib, bu il ərzində 0,6 milyon kVT-saat və ya 8,5% azalma deməkdir.
Göygöl rayonunda əhali tərəfindən enerji istehlakı 1,2 milyon kVt-saat və ya 3,1% azalaraq 7,1 milyon kVt-saata enib.
Enerjinin istifadəsinin azaldığı digər rayon Ağstafa olub – 2024-də burada əhalinin işlətdiyi enerji 0,9 milyon kVT-saat və 2,7% azalaraq 33,7 milyon kVT-saata düşüb.