2025-ci il üzrə Azərbaycanda adambaşına düşən pərakəndə ticarət dövriyyəsinin ən aşağı olduğu rayonların siyahısı açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, iqtisadi göstəricilərin minimum olduğu bu bölgələrdə adambaşına düşən dövriyyə ölkə ortalamasından xeyli aşağıdır.
Reytinqə ən sondan, yəni 56-cı pillədən başladıqda ən aşağı göstəricinin 1 242 manatla Yardımlı rayonunun payına düşdüyü məlum olur.
Siyahıda yuxarıya doğru irəlilədikcə 55-ci yerdə 1 566 manatla Lerik rayonu, 54-cü yerdə 1 802 manatla Zərdab rayonu, 53-cü yerdə isə 1 808 manatla Xızı rayonu qərarlaşıb.
Ardıcıllığa əsasən, Samux rayonunda bu göstərici 2 067 manat, Şabran rayonunda 2 101 manat, Qobustan rayonunda 2 135 manat, Zaqatala rayonunda 2 488 manat, Astara rayonunda 2 488 manat, 47-ci pillədə qərarlaşan Daşkəsən rayonunda isə 2 666 manat təşkil edib.











