2025-ci il üzrə Azərbaycanda adambaşına düşən pərakəndə ticarət dövriyyəsinin həcmi üzrə göstəricilər açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, əhalinin alıcılıq qabiliyyəti və ticarət fəallığı baxımından ən yüksək nəticələr ölkənin bir sıra şəhər və rayonlarında qeydə alınıb.
Təqdim olunan statistikaya əsasən, adambaşına düşən ticarət dövriyyəsinə görə siyahıya 17 min 530 manatlıq göstərici ilə Bakı şəhəri başçılıq edir. İkinci pillədə 5 min 609 manatla Mingəçevir şəhəri, üçüncü pillədə isə 5 min 162 manatla Sumqayıt şəhəri qərarlaşıb. Şirvan şəhərində bu rəqəm 5 min 60 manat, Gəncə şəhərində isə 4 min 997 manat təşkil edib.
Sıralamanın davamına nəzər saldıqda, Bərdə rayonunda adambaşına 4 min 812 manatlıq, Quba rayonunda 4 min 446 manatlıq, Naftalan şəhərində 4 min 415 manatlıq ticarət dövriyyəsi düşdüyü məlum olur.
Adambaşına investisiya göstəricisinin yüksək olduğu ilk onluğu 4 min 363 manatla Ağdaş rayonu və 4 min 362 manatlıq göstərici ilə Hacıqabul rayonu tamamlayır.











