Azərbaycanı ötən il süd ilə ən çox təmin edən rayonların və şəhərlərin adları məlum olub.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, süd istehsalı 2 milyon 298,5 min ton təşkil edib.
Məlumat görə 2024-cü ildə Azərbaycanın əsas süd təminatçısı 3 rayon olub. Bunlar 167,2 min ton göstərci ilə Ağcabədi, 126,6 min ton göstərici ilə Sabirabad və 100,2 min ton göstərci ilə Bərdə rayonlarıdır.
Daha 9 rayonda süd istehsalı 50 min tondan yüksək olub.
Bunlar 83,7 min tonla Xaçmaz, 71,7 min tonla Cəlilabad, 62,2 min tonla Ucar, 59,8 min tonla Ağdaş, 56,9 min tonla Şəmkir, 53,5 min tonla İmişli, 53,3 min tonla Şəki, 50,9 min tonla Salyan və 50,5 min tonla Masallı rayonlarıdır.
Min tondan aşağı göstərici ərazilər isə Gəncə şəhəri (690 ton), Zəngilan rayonu (494 ton), Naftalan şəhəri (294 ton) və Ağdərə rayonu (137 ton) olub.