2024-cü ildə Azərbaycanın şəhər və rayonlarında əvvəlki illə müqayisədə 11,2 min ton başqa sözlə (1,7%) artım baş verib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin rəqəmləri əsasında apardığı hesablamalara istinadən xəbər verir.
Məlumata görə istehsalda ən kəskin artım olan ərazi Bakı şəhəri olub. Şəhərin ət istehsalında illik 2,2 min tondan çox (71,3%) artım baş verib. Bununla belə şəhər istehsalın həcminə görə 40-cı idi.
Bakıdan sonra ən yüksək artım 70% (594 ton) olmaqla Xocavənd rayonunda qeydə alınıb.
Xızı rayonunda artım 68,4% (2,5 min tondan çox) olub.
Ucar rayonu son bir il ərzində ölkənin ətlə təminatındakı payını 39,4% (7,6 min ton) artırıb.
Zərdab rayonunda illik müqayisədə dəyişiklik olmayıb və hər iki ildə 4,4 min ton olmaqla yerində qalıb. Qusar və Masalı rayonları istehsalı illik cəmi 1 ton artıra biliblər.
İstehsalda azalmanın kəskin baş verdiyi rayon isə Şabran rayonu olub. Rayonun ət təminatı son bir ildə 45,2% və ya 9,2 ton zəifləyib.
Neftçala rayonunda istehsal illik 21,9% (1,7 min tona yaxın) azalma olub.