2024-cü ildə ölkə üzrə elektrik enerjisi istehlakında ümumi artım olsa da, bəzi rayonlarda əksinə, azalma müşahidə edilib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, illik müqayisədə elektrik enerjisi istehlakında ən kəskin azalma Kəlbəcər rayonunda qeydə alınıb. Rayonda istehlak 4,5 dəfə azalaraq 0,9 milyon kVt·saatdan 0,2 milyon kVt·saata düşüb. İkinci ən böyük azalma Daşkəsən rayonunda baş verib. Burada istehlak 3,1 milyon kVt·saat və ya 41,9% azalıb. Qubadlı rayonunda isə istehlak 25% azalıb.
Siyahıda istehlakın azaldığı digər rayonlar da yer alıb. Belə ki, Zərdab rayonunda 10,7%, Xızı rayonunda 8,5%, Göygöl rayonunda 3,1% və Ağstafa rayonunda 2,7% azalma qeydə alınıb.
Daha kiçik faizli azalmalar isə Siyəzən (-2,4%), Biləsuvar (-1,4%), Tərtər (-1,3%), Ağdam (-1,2%), Qazax (-1,1%) və Yevlax (-0,5%) rayonlarında müşahidə olunub.