2025-ci il üzrə işğaldan azad edilmiş ərazilərdə adambaşına düşən pərakəndə ticarət dövriyyəsinin həcmi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu bölgələrdə aparılan bərpa və quruculuq işləri ticarət aktivliyinə də öz təsirini göstərir.
Statistikaya əsasən, işğaldan azad edilmiş ərazilər arasında adambaşına düşən ticarət dövriyyəsinə görə 5 min 581 manatla Qubadlı rayonu liderlik edir.
Siyahıda ikinci yeri 3 min 451 manatla Xankəndi şəhəri, üçüncü yeri isə 812 manatla Füzuli rayonu tutur.
Ağdam rayonunda bu göstərici 723 manat, Xocalı rayonunda 704 manat, Şuşa rayonunda 600 manat, Xocavənd rayonunda isə 461 manat təşkil edib.
Adambaşına ticarət dövriyyəsi göstəricisi ilə bağlı siyahının sonrakı pillələrində Zəngilan rayonu 432 manatla, Cəbrayıl rayonu 403 manatla, Laçın rayonu 227 manatla qərarlaşıb.
Siyahını müvafiq olaraq 132 manatla Kəlbəcər rayonu və 131 manatla Ağdərə rayonu tamamlayır.











