Avstriyadan ölkəmizə daxil olan maliyyə vəsaitlərinin həcmində ciddi geriləmə qeydə alınıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Belə ki, bu ilin 9 ayı ərzində bu ölkədən Azərbaycana 7 milyon 504 min dollar vəsait göndərilib. Bu göstərici ötən illə müqayisədə 39,6% və ya 4 milyon 910 min dollar azdır.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə Avstriyadan ölkəmizə 12 milyon 414 min dollar vəsait daxil olmuşdu.










