2024-cü ilin yekunlarına görə, Azərbaycanda adambaşına düşən elektrik enerjisi istehlakında regionlar arasında ciddi fərqlər mövcuddur.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə üzrə orta istehlak 688 kVt/saat olduğu halda, bəzi rayonlarda bu göstərici bir neçə dəfə aşağıdır.
Siyahıda adambaşına düşən ən aşağı göstərici Daşkəsən rayonunda qeydə alınıb. Burada hər bir sakinin payına il ərzində orta hesabla cəmi 129 kVt/saat elektrik enerjisi düşür ki, bu da ölkə ortalamasından beş dəfədən də çox azdır.
Ölkənin dağlıq rayonları olan Lerik və Yardımlı da aşağı istehlak səviyyəsi ilə seçilir. Lerik rayonunda adambaşına düşən istehlak 156 kVt/saat, Yardımlı rayonunda isə 205 kVt/saat təşkil edib.
Bu sıranı Qobustan rayonu (265 kVt/saat) və Gədəbəy rayonu (287 kVt/saat) davam etdirir.