Hər bir sahibkar üçün ayrılan kreditin maksimum məbləği isə 5 milyon manat təşkil edəcək.
Sahibkarların aldığı kreditin faizini – DÖVLƏT ÖDƏYƏCƏK – YENİ FƏRMAN
"Elektron kredit və zəmanət” informasiya sistemi - TƏQDİM EDİLDİ
FED.az xəbər verir ki, bunu “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi ilə bağlı keçirilən brifinqdə Sahibkarlığın İnkişafı Fondunun İdarə heyətinin sədri Osman Xaliyev deyib.
Fevralın 1-dən etibarən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən sahibkarlar üçün zəmanət və subsidiya mexanizmi üzrə müraciət imkanı yaradılıb.
O çıxışında qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə sahibkarlara dəstək üçün yaradılacaq yeni mexanizm üzrə 500 milyon kommersiya kredit portfelində, 150 milyon manat subsidiya ödənilməsi nəzərdə tutulub.
Hər bir sahibkar üçün ayrılan kreditin maksimum məbləği isə 5 milyon manat təşkil edəcək. Kreditin müddəti isə 7 ilədək olacaq. Kredit üzrə olan faiz dərəcəsinə gəlincə illik faiz dərəcəsi 15% təşkil edəcək və 10% bəndi fond tərfindən subsidiyalaşdırılacaq. İlk 3 il müddətinədək subsidiya ödənişi nəzərdə tutulub.
İllik faiz dərəcəsi 15%-dək olan biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edilir.
"Yaradılmış mexanizm üzrə sahibkarlar e-gov portalı və edf.gov.az saytı üzərindən "Elektron kredit və zəmanət” informasiya sistemində qeydiyyatdan keçərək mexanizmdən yararlanmaq üçün müraciət edə bilərlər" - deyə Osman Xaliyev əlavə edib.