Ermənistanın baş naziri Nikol Paşinyan döyüş əməliyyatları zamanı Qarabağla bağlı danışıqların necə getdiyi barədə açıqlama verib və onu Facebook səhifəsində dərc edib.
İlham Əliyevin ermənilərdən danışanda həmişə istinad etdiyi - KÜRƏKÇAY MÜQAVİLƏSİ – TAM MƏTN
FED,az xəbər verir ki, Paşinyan yazır ki, hələ oktyabrın 19-da "Dağlıq Qarabağ prezidenti" Arayik Arutyunyan ona zəng edərək müharibənin dayandırılmalı olduğunu söyləyib. "Onun sözlərinə görə, o, yalnız öz fikrini deyil, eyni zamanda Qarabağın keçmiş prezidentləri Arkadi Qukasyan və Bako Saakyanın, eləcə də Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyanın mövqeyini çatdırdı".
Ermənistan prezidenti də Paşinyanı - İstefaya Çağırdı
"Bundan sonra mən (Paşinyan) Rusiya prezidenti Vladimir Putinə zəng etdim. O Qarabağın statusu məsələsinin həllini təxirə salmaq, keçmiş DQMV ətrafındakı ərazilərdən imtina etmək və rus sülhməramlılarını yerləşdirmək təkliflərini verdi. Mən isə sülhməramlı qüvvələrinin keçmiş DQMV sərhədləri boyunca və Laçın dəhlizində yerləşdirilməli olduğunu bildirdim".
"Mən bu təklfiləri Arayik Harutyunyana çatdırdım, o razı olduğunu bildirdi. Bundan sonra parlamentdən kənar qüvvələrin nümayəndələrinin iştirakı ilə iclas keçirib, qərarı onlara təqdim etdim. İclasın bir çox iştirakçıları narazılıqla reaksiya verdi və görüşdən sonra bəziləri sosial şəbəkələrdə bunun əleyhinə post yazdılar.
Ermənistan prezidenti də Paşinyanı - İstefaya Çağırdı
Elə həmin gün parlament fraksiyaları nümayəndələrinin iştirakı ilə Təhlükəsizlik Şurasının iclasını çağırdım. Ölkə prezidenti və bütün Ermənilərin Katolikosları da iştirak edirdilər.
Təhlükəsizlik Şurasının iclasından sonra Putinə zəng edərək bu təklifə razı olduğumu söylədim. Putin cavab verdi ki, səhərədək Əliyevlə bu məsələləri müzakirə edəcəyəm və yenidən zəngləşərik"-deyə Paşinyan bildirib.
Təcili: Şəhid ailəsi üzvü və müharibə əlilini işə götürəndə - MAAŞI DÖVLƏT ÖDƏYƏCƏK - YENİLİK
"Lakin, səhəri gün Bako Saakyan və Arkadi Qukasyan mənimlə görüşdə Qarabağın statusunu müəyyənləşdirmədən hər hansı bir razılaşmaya qarşı olduqlarını bildirdilər. Ancaq bütün bunlar əhəmiyyətsiz idi, çünki mən artıq bir qərar vermişdim və bunu sona qədər aparacağam dedim.
Yeni ipoteka kreditləri: Kimlər götürə biləcək? – ŞƏRTLƏR, HESABLAMALAR
Ertəsi gün, Rusiya prezidenti razılaşdırıldığı kimi zəng etdi. Əliyevin bununla razılaşdığını, ancaq sülhməramlıların keçmiş DQMV-nİn sərhədləri boyunca deyil, faktiki təmas xəttinin uzunluğu boyunca yerləşdirilməli olduqlarını söylədi. Bidirdi ki, Hadrut və Talış Azərbaycanın nəzarəti altındadır və mövqelərindən geri çəkilməyə razı deyillər. Bundan əlavə, erməni tərəfi azərbaycanlıların Şuşaya qayıdacağı barədə öhdəlik götürməlidir".
"Beləliklə, atəşkəs qeyri-mümkün oldu, Putinə dedim ki, Hadrutla razılaşsam da, Şuşanın təslim olma ehtimalını təsəvvür edə bilmirəm. Rusiya Prezidenti niyə azərbaycanlıların Şuşaya geri dönməsinin əleyhinə olduğumu soruşdu. Mən arqumentlərimi təqdim edəndə, onların məntiqli olduğunu söylədi. Mən (Paşinyan) bu vəziyyətdə şəhər əhalisinin əksəriyyətinin azərbaycanlılar olacağını və Stepanakertə gedən yolu kimin və necə idarə edəcəyi sualının ortaya çıxdığını söylədim.
Mən əmin idim ki, Şuşaya razı olsam, Azərbaycan yeni şərt irəli sürəcək - Şuşadən Krasny Bazar kəndinə gedən yol üzərində nəzarəti də istəyəcək"-deyə Paşnyan bildirib.