İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün bu il əlavə olaraq 470 milyon manat ayrılacaq.
Eləcə də bax: 2022-ci il dövlət büdcəsinin gəlir və xərcləri - 8 FAİZDƏN ÇOX ARTIRILIR
FED.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
İş adamlarından gizlədilən 4 milyon manatlıq - TENDERİN QALİBİ AÇIQLANDI
Layihəyə əsasən, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 2 milyard 670 milyon manat vəsait ayrılacaq.
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2 milyard 200 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu. Beləliklə, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsait 21,36 faiz artırılır.
Sənəddə bildirilir ki, bu ilin 5 ayı ərzində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 1060,0 milyon manat məbləğində (2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,6 dəfə çox) maliyyələşdirmə aparılıb ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 48,2 faizinə bərabərdir. (Apa)