Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qurumu olan «Ərazi Tikinti-Planlaşdirma Mərkəzi» işğaldan azad edilən ərazilərin yenidən qurulması üzrə daha bir tenderin nəticəsini açıqlayıb.
Eləcə də bax: Son bir ildə 79 milyon manatlıq tender udan - AZƏRBAYCAN ŞİRKƏTİ - «TENDER ÇEMPİONU»
FED.az xəbər verir ki, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri, Füzuli və Tərtər rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması üzrə bağlı tenderin qalibi «AZ GRAFT CONSTRUCTION» MMC (VÖEN: 6200389011) elan edilib.
Sözügedən şirkətlə 4 milyon manatlıq müqavilə imzalanıb.
Tenderlə bağlı maraqlı məqam odur ki, bu tender barədə elan dövlət satınalmalarının vahid portalında yerləşdirilməyib.
Qeyd edək ki, bu «AZ GRAFT CONSTRUCTION» MMC-nin ərazilərin yenidən qurulması işləri üzrə son bir ildə əldə etdiyi 5-ci böyük tenderdir. Bu tenderlərin hamısı üzrə sifarişçi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qurumu olan «Ərazi Tikinti-Planlaşdirma Mərkəzi»dir. Tenderlərin heç biri dövlət satınalmalarının vahid portalında elan edilməyib.
«AZ GRAFT CONSTRUCTION» MMC (VÖEN: 6200389011) bu tenderlər üzrə ümumilikdə 16,2 milyon manatlıq sifariş alıb.
Bunlar aşağıdakılardır:
1. Ərazi Tikinti-Planlaşdirma Mərkəzi - Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri, Füzuli və Tərtər rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması - 25.05.2022 – 4 000 000 manat.
2. Ərazi Tikinti-Planlaşdirma Mərkəzi - Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri, Füzuli və Tərtər rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri”nin satın alınması - 09.02.2022 – 3500 000 manat.
3. Ərazi Tikinti-Planlaşdirma Mərkəzi - Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri, Füzuli, Cəbrayıl və Tərtər rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri”nin satın alınması - 21.10.2021 – 3 118 700 manat.
4. Ərazi Tikinti-Planlaşdirma Mərkəzi - Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri, Füzuli, Cəbrayıl və Tərtər rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri – 2 244 369 manat.
5. Ərazi Tikinti-Planlaşdirma Mərkəzi - Düşmən təcavüzü nəticəsində Füzuli, Cəbrayıl və Tərtər (1-ci hissə) rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin ilkin tikintisi, təmiri və bərpası işləri”nin yerinə yetirilməsi üzrə Satınalma müqaviləsi – 3 387 525 manat.
«AZ GRAFT CONSTRUCTION» MMC (VÖEN: 6200389011) 2019-cu il 6 avqust tarixində Laçın rayon vergilər şöbəsində dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1000 manatdır. Şirkətin hüquqi ünvanı AZ4100, Laçın Rayonu, Taxta Körpü, qanuni təmsilçisi İsgəndər Qasımov Bəhman oğludur.