Turizm sektorunda umumi daxili məhsul (ÜDM) istehsalı artıb.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, bu ilin yanvar-noyabr aylarında turistlərin yerləşdirilməsi və ictimai iaşənin ÜDM-də çəkisi 1 milyard 652,4 milyon manat olub.
ELƏCƏ DƏ BAX: Yeni İli evdə keçirəcək azərbaycanlıların sayı artıb - ARAŞDIRMA
Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz çoxdur. Keçən ilin yanvar-noyabr aylarında bu göstərici 1 milyard 498,2 milyon manat olub.
Dekabrın 1-nə Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində 0,9 min dövlət, 22,1 min nəfər özəl sektorda olmaqla, 23,1 min nəfər çalışır. Dövlət sektorunda orta aylıq maaş 771,8 manat, özəl sektorda 532,6 manat, ümumilikdə turizm sektorunda orta aylıq nominal əməkhaqqı 542,5 manatdır.
İstirahətə daha çox pul xərclənib – RƏSMİ
19:26
17 Dek 2018