Cari ilin yanvar-aprel aylarında Azərbaycana 43 milyon 429 min dollar dəyərində 1 012 ədəd elektromomobil idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2023-ci iln eyni dövrü ilə müqayisədə elektromobillər dəyər ifadəsi ilə 19 milyon 658 min dollar və ya 83%, miqdar ifadəsi ilə 444 ədəd və ya 78% artıb.
2023-cü ilin 4 ayı ərzində 23 milyon 771 min dollar dəyərində 568 ədəd elektromobil gətirilmişdi.
1 ədəd elektromobilin orta qiyməti 2024-cü ilin 4 ayına görə 42 914 dollar (72 954 manat), 2023-ci ilin eyni dövründə isə 41 854 dollar (71 146 manat) olub. Beləliklə, son bir ildə elektromobillər 1 064 dollar (1 808 manat) və ya 3% bahalaşıb.