Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 13 milyard 633 milyon 365 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 4 milyard 249 milyon 309 min dollar və ya 23,8 % azdır.
Xarici ticarət dövriyyəsinin 8 milyard 168 milyon 592 min ABŞ dolları ixracın, 5 milyard 464 milyon 773 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac əməliyyatları 4 milyard 416 milyon 221 min manat və ya 35,1 % azalıb, idxal isə 166 milyon 912 min dollar və ya 3,2 % çoxdur.
Ümumilikdə isə Azərbaycanın ticarət dövriyyəsində 2 milyard 703 milyon 819 min ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 4 milyard 582 min 132 min dollar və ya 2,7 dəfə azalma deməkdir.