Bu ilin yanvar-may aylarında xaricdən Azərbaycana ümumilikdə 648 milyon 458 min dollar dəyərində 35 min 570 ədəd avtomobil gətirilib.
FED.az Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, 2023-ci ilin yanvar-may ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 4 min 694 ədəd və ya 12% azalıb, dəyəri baxımından 36 milyon 490 min dollar və ya 6% artıb.
2023-ci ilin müvafiq dövründə Azərbaycana 611 milyon 968 min dollar dəyərində 40 min 264 ədəd avtomobil idxal edilib.
Bu dövrdə 1 ədəd avtomobilin idxal qiyməti 18 min 230 dollar (30 min 992 manat), ötən ilin eyni dövründə isə 15 min 199 dollar (25 min 838 manat) olub. İdxal qiyməti son bir il ərzində 3 min 32 dollar (5 min 154 manat), yəni 20% artıb
Hesabat dövründə idxal olunan avtomobilərin 5 milyon 967 min dollar dəyərində 98 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 567 milyon 602 min dollar dəyərində 31 min 954 ədədi minik avtomobilləri, 213 milyon 372 min dollar dəyərində 6 min 923 ədədi hibrid, 53 milyon 500 min dollar dəyərində 1 250 ədədi elektromobillər, 56 milyon 773 min dollar dəyərində 3 min 335 ədədi yük, 18 milyon 115 min dollar dəyərində 183 ədədi isə xüsusi təyinatlı avtomobillər olub.