2024-cü ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 18 mlrd. 439.27 mln. dollara bərabər olub ki, bu da 2023-ci ilin eyni dövrünə nisbətən 19,6% azdır.
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Son bir ildə ölkə üzrə ixrac 31% azalaraq 11 mlrd. 138.58 mln. ABŞ dolları təşkil edib. İdxal isə 6,7% artaraq 7 mlrd. 300.69 mln. ABŞ dollarına yüksəlib.
Xarici ticarət dövriyyəsinə 3 mlrd. 837.89 mln. dollarlıq müsbət saldo yaranıb. Bu isə 2023-ci ilin yanvar-may ayına nisbətən 2,4 dəfə azdır.