Yaxın günlərdə Xaçmazda böyük bir logistik mərkəzin açılması gözlənilir.
KOBİA Azərbaycan və Türkiyə daşıma şirkətlərinə dəstək məqsədilə - MEMORANDUM İMZALAYIB
FED.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov məlumat verib.
Onun sözlərinə görə, mərkəz şimal bölgəsində kənd təsərrüfatı məhsullarının alınması, qablaşdırılması, çeşidlənməsi və Rusiyaya ixracı yönündə fəaliyyət göstərəcək: "Azərbaycanın ən ciddi ixrac potensialı olan bölgələrindən Xaçmaz zonasında KOB Evi fəaliyyət göstərir. Orada təsis edilən yeni logistik mərkəz isə kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və Rusiyaya ixracı yönündə sahibkarlar üçün əlçatan bir məkan rolunu oynayacaq. Orada da xidmətlərə əlçatanlığın artırılması üçün məhz KOB prinsipləri əsasında dövlət xidmətləri “bir pəncərə” prinsipi ilə təşkil ediləcək". (Vergilər.az)