“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “TOBB UND Lojistik Yatırım AŞ” (TOBBUND), Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyası (AGTL) və KOB Xarici İqtisadi Fəaliyyətinə Dəstək Operatoru (XİFDO) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
KOBİA-dan FED.az-a bildirilib ki, sənədi KOBİA-nın İdarə Heyətinin sədri , TOBBUND-un baş direktoru Mehmet Uylukçu, XİFDO-nun icraçı direktoru Kamran Həbibov, AGTL-in icraçı direktoru Vüsal Qasımov imzalayıblar.
Anlaşma Memorandumunda Azərbaycan və Türkiyə daşıyıcılarının, bu sahədə fəaliyyət göstərən KOB-ların xarici iqtisadi fəaliyyətinə dəstək məqsədilə tədbirlər, o cümlədən tranzit və logistika sahəsində məlumat və təcrübə mübadiləsi, birgə tədbir və layihələrin hazırlanması və həyata keçirilməsi, işgüzar əlaqələrin inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyət nəzərdə tutulur.
İmzalanma mərasimi çərçivəsində keçirilən görüşdə Anlaşma Memorandumundan irəli gələn məsələlər və əməkdaşlıq imkanları müzakirə edilib.