Dünyanın ən böyük hava yolu şirkətlərindən biri olan Dubayda fəaliyyət göstərən “Emirates” məhdud şəkildə olsa da, uçuşlarını bərpa edib.
Eləcə də bax: AZAL biletin qaytarılması – QAYDASINI DƏYİŞDİ – RƏSMİ AÇIQLAMA
FED.az xəbər verir ki, şirkətin tərəfindən koronavirusa qarşı görülən tədbirlər, pandemiyadan sonra aviasiya sənayesinin istiqamətinə dair məlumatları da ehtiva edib.
Bloomberg-dəki xəbərə görə:
* Emirates təyyarə reyslərində üç nəfərlik yerlərdə iki nəfər səyahəd edəcək, ortadakı oturacaq boş qalacaq.
* Kabin heyəti maskalar və əlcəklər geyəcək.
* Virus ötürülməsinin qarşısını almaq üçün təyyarədə jurnal və qəzetlər olmayacaq.
* Təyyarənin içərisinə heç bir kabin baqajı yerləşdirilməyəcək. Yalnız fərdi çanta, noutbuk və ya uşaqlara qayğı üçün gərəkli ləvazimatlara icazə veriləcək.
* Təyyarəyə minən hər bir sərnişindən maska və əlcək taxması tələb olunacaq.